Azərbaycan mobil internet sürətində geriləyib

Redaktor

18.08.2025 15:35
253

Azərbaycan mobil internet sürətində geriləyib

Azərbaycanın mobil və sabit genişzolaqlı internet sürətinə görə dünya sıralamasındakı mövqeyi müəyyənləşib.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar–iyul aylarını əhatə edən hesabata əsasən, mobil internetdə Azərbaycanın orta sürəti 74,76 MB/s olub. Bu göstərici ilə ölkə 104 dövlət arasında 56-cı yerdə qərarlaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycan bir pillə geriləyib.

Siyahının lideri Birləşmiş Ərəb Əmirlikləri (584,97 MB/s), sonuncu isə Boliviya (14,70 MB/s) göstərilib.

Azərbaycan üzrə sabit genişzolaqlı internet üzrə isə müsbət dinamika müşahidə olunub.

Belə ki, ölkədə sabit genişzolaqlı internet üzrə orta sürət 82,58 MB/s təşkil edib ki, bu da ölkəni 153 dövlət arasında 81-ci pilləyə yüksəldib. Nəticə etibarilə Azərbaycan 2 pillə irəliləyib. Qlobal sıralamada Abu-Dabi (353,22 MB/s) birinci, Suriyanın Hələb şəhəri isə (2,73 MB/s) ilə sonuncu yerdə qərarlaşıb.

Bakı şəhəri üzrə göstəricilər də diqqət çəkib. Paytaxtın mobil internet sürəti 93,16 MB/s təşkil edərək 148 şəhər arasında 83-cü pilləyə yüksəlib.

Məlumata görə, qeyd edə bilərik ki, bu, ötən dövrlə müqayisədə 4 pilləlik irəliləyiş deməkdir. Sabit internetdə isə Bakı 83,27 MB/s sürət göstəricisi ilə 198 şəhər arasında 112-ci yerdə qərarlaşıb və 3 pillə irəliləyib.

Ümumilikdə, hesabat göstərir ki, Azərbaycan mobil internet sürətində geriləsə də, sabit genişzolaqlı internetdə müəyyən irəliləyiş əldə edib. 

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...