Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar

Redaktor

09.12.2025 09:00
125

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Bu ilin noyabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15 milyard 907 milyon 114 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bunun 13 milyard 939 milyon 464 min manatı Bakı iqtisadi rayonuna məxsusdur.

Hesabat dövründə regionlar arasında bankda əmanəti olanlar siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 599 milyon 293 min manat pulu var.

Gəncə-Daşkəsən iqtisadi rayonunda yaşayan əhalinin banklarda 264 milyon 715 min, Quba-Xaçmaz iqtisadi rayonunda yaşayanların isə 162 milyon 478 min manat əmanəti var.

Digər regionlar üzrə göstəricini təqdim edirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı Cəmi (min manat) Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 13,939,464 5.03%
Abşeron-Xızı iqtisadi rayonu 599,293 6.84%
Gəncə-Daşkəsən iqtisadi rayonu 264,715 6.69%
Quba-Xaçmaz iqtisadi rayonu 162,478 6.18%
Lənkəran-Astara iqtisadi rayonu 147,935 6.09%
Şəki-Zaqatala iqtisadi rayonu 145,819 5.47%
Mərkəzi Aran iqtisadi rayonu 140,117 6.33%
Qazax-Tovuz iqtisadi rayonu 135,267 6.39%
Qarabağ iqtisadi rayonu 106,299 5.30%
Şirvan-Salyan iqtisadi rayonu 81,099 4.92%
Naxçıvan iqtisadi rayonu 79,718 5.26%
Mil-Muğan iqtisadi rayonu 53,33 4.14%
Dağlıq Şirvan iqtisadi rayonu 50,598 5.96%
Şərqi Zəngəzur iqtisadi rayonu 981 4.03%
Valyuta.az 09.12.2025

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...