Avtomobil ustaları nə qədər vergi ödəyirlər?

Redaktor

05.08.2025 11:34
302

Avtomobil ustaları nə qədər vergi ödəyirlər?

Mövzunu “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə aparıcı mütəxəssisi Zahir Adıgözəlov şərh edir.

Qanunvericiliyə əsasən, fiziki şəxslərin xidmət göstərməklə qazanc əldə etməsi vergi öhdəliyi yaradır. Avtomobil təmiri, ehtiyat hissələrinin dəyişdirilməsi və digər xidmətlər göstərən şəxslər də Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun şəkildə vergiyə cəlb olunurlar. Bu məqalədə avtomobil ustalarının hansı vergi rejimlərinə düşə biləcəyi, hesabat və ödəniş öhdəlikləri izah olunur.

Əgər avtomobil ustası mülki hüquqi müqavilə ilə fəaliyyət göstərirsə (məsələn, hər hansı fiziki və ya hüquqi şəxsə xidmət göstərilməsi üzrə), onun vergi və sosial öhdəlikləri belə tənzimlənir:

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi tutulur:

A) 2.500 manatadək – 14 faiz;

B) 2.500 manatdan çox olduqda – 350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi.

Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, ödəmə mənbəyində sosial sığorta haqqı, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə əsasən, icbari tibbi sığorta haqqı ödənilməlidir.

Misal 1: “AA” MMC nəqliyyat vasitəsini vergi orqanında uçotda olmayan fiziki şəxsə 2022-ci ilin yanvar ayında təmir etdirib. Razılaşdırılmış məbləğ tutulmalar (vergi, MDSS) daxil olmaqla 3.000 manat olub. Ödəniş 2022-ci ilin mart ayında edilib və borc tam bağlanıb. Tutulmaları, eləcə də fiziki şəxsə ödənilən məbləği hesablayaq.

Ödəmə mənbəyindən vergi:
(2.500 x 14% ) + (500 x 25%) = 350 + 125 = 475 manat;

Məcburi dövlət sosial sığorta haqqı:
3.000 x 25% = 750 manat;

İcbari tibbi sığorta haqqı:
3.000 x 2% = 60 manat;

Fiziki şəxsə ödənilən məbləğ:
3.000 – 475 – 750 – 60= 1715 manat.

Avtomobil ustaları fiziki şəxs olaraq aşağıdakı vergi rejimlərindən birini seçməklə fəaliyyət göstərə bilərlər:

a) Sadələşdirilmiş vergi rejimi

Əgər avtomobil ustası obyekt (mühərrik, yürüş, elektrik hissəsi təmiri və s.) üzrə xidmət göstərirsə və dövriyyəsi 200.000 manatdan azdırsa, sadələşdirilmiş vergi ödəyicisi ola bilər.

b) Gəlir vergisi ilə fəaliyyət

Əgər sadələşdirilmiş vergi rejimi seçilməyibsə, o zaman avtomobil ustası gəlir vergisi ödəməlidir.

Misal 2: Tutaq ki, 2024 – cü ildə avtomobil ustasının 300.000 manat (əsas məbləğ ) gəliri, sənədlərlə təsdiqlənən 200.000 manat xərci olub. Bu halda gəlir vergisi ödəyicisi kimi onun 20.000 manat gəlir, 54.000 manat əlavə dəyər vergisi öhdəliyi yaranır:

300.000 – 200.000 = 100.000 manat;
100.000 x 20% = 20.000 manat;
300.000 x 18% = 54000 manat.

Avtomobil ustası sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Bu ödəniş pensiya kapitalı və sosial təminat hüququnun formalaşması üçün əsasdır.
“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

– sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.

400 x 25% = 100 manat.

Bakı şəhərində fəaliyyət göstərən avtomobil ustaları həmin məbləği tam ödəyəcəklər. Sumqayıt və Gəncə şəhərlərində 90 manat, digər şəhərlərdə 80 manat, rayonlarda 60 manat, kənd yerlərində işləyən avtomobil ustaları isə 50 manat sosial sığorta haqqı ödəməlidirlər.

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3 maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:

400 x 4% = 16 manat.
Bu məbləğ isə dəyişməz qalır.

Hesabatların təqdim edilməsi

A) Sadələşdirilmiş vergi rejimi üzrə: Rüblük və illik bəyanat verilir.

B) Gəlir vergisi üzrə: İllik gəlir bəyannaməsi təqdim olunur.

Misal 3: Tutaq ki, Bakıda işləyən avtomobil ustası 2025-ci ildə 50.000 manat gəlir əldə edib. Əgər sadələşdirilmiş vergi rejimi ilə çalışırsa:

Vergi (2%): 50.000 x 2% = 1.000 manat;
Sosial ödəniş (illik): 100 x 12 = 1.200 manat;
İcbari tibbi sığorta (illik) 16 x 12 = 192 manat;

Cəmi öhdəlik: 2.392 manat.

Avtomobil ustası gəlir vergisi ödəyicisi olarsa, illik gəlirinin 20%-i məbləğində vergini hesablayıb ödəməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, sabit qəbz tətbiq olunan fəaliyyətlər sırasında avtomobil təmiri xidməti yoxdur. Yəni avtomobil ustalarının bu rejimlə işləməsi hüquqi baxımdan məhduddur.

©vergilər.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...