Redaktor
ARDNF-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Valyuta.az xəbər verir ki, səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir.
Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.
"ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüşü keçirilib. Görüşdə ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin suveren investisiya fondları arasında institusional əməkdaşlığın inkişafı baxımından mühüm mərhələ olmuşdur.
Bu sənəd, bilik və təcrübə mübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayə modellərinin qurulması və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırmaqla Çin-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə də töhfə vermişdir",- deyə fonddan bildirilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025