Redaktor
"Apple" "iPhone" istifadəsində inqilab edəcək funksiyanı hazırlayır
"Apple" hazırda "App Intents" adlı funksiyanı sınaqdan keçirir. Bu funksiya sayəsində yeni nəsil "Siri" ekran toxunuşuna ehtiyac qalmadan tətbiqlərdə müxtəlif əməliyyatlar yerinə yetirə biləcək.
Valyuta.az xəbər verir ki, istifadəçilər taksi sifarişindən fotoşəkil redaktəsinə, "YouTube", "WhatsApp" və "Amazon" üzərində əməliyyatlara qədər bütün prosesləri səsli komanda ilə idarə edə biləcəklər.
"Bloomberg" nəşrindən Mark Qurmanın məlumatına görə, funksiyanın təqdimatı 2026-cı ilin yazına planlaşdırılıb. Böyük ehtimalla, mart və ya aprel aylarında iOS 26.4, iPadOS 26.4, macOS 26.4 və visionOS 26.4 yeniləmələri ilə istifadəyə veriləcək.
Yenilənmiş "Siri" həmçinin "Apple"ın daxili tətbiqləri ilə daha səmərəli işləyəcək. Məsələn, istifadəçi səsli köməkçidən anasının uçuşu və ya nahar planları barədə soruşduqda, o, "Poçt" və "Mesajlar" tətbiqlərindən lazımi məlumatı özü tapacaq.
Bununla belə, insider mənbələr bildirir ki, ilk mərhələdə dəstək məhdud olacaq. Xüsusilə bank və tibbi tətbiqlərdə bəzi funksiyalar məhdudlaşdırıla və ya tamamilə deaktiv edilə bilər.
"Apple" daxilində "App Intents"in dəqiqliyi ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Lakin şirkət funksiyanı tərəfdaşları ilə fəal şəkildə sınaqdan keçirir və onu öz süni intellekt ekosisteminin əsas elementi hesab edir.
Bundan əvvəl "Apple" "iPhone" və "iPad" cihazlarını düşüncə gücü ilə idarə etməyə imkan verən yeni texnologiyanı təqdim edib. Bu, "Synchron" və "Apple"ın birgə layihəsi çərçivəsində yaradılan, "Switch Control" funksiyalı "Stentrode" neyroimplantı vasitəsilə mümkün olub.
Şirkət həmçinin ehtimal edir ki, süni intellekt əsasında hazırlanacaq yeni nəsil "ağıllı" eynəklərin yayılması ilə on il ərzində "iPhone"lara ehtiyac qalmayacaq.
Paşa Məmmədli