Amerika tarifləri ABŞ xaricində inflyasiyanı azalda bilər - KİV

Redaktor

20.08.2025 22:48
188

Amerika tarifləri ABŞ xaricində inflyasiyanı azalda bilər - KİV

"The New York Times", "Fortune", "ABC News, "The Independent" və "Axios" Donald Trampın gömrük rüsumlarının dünya istehlak qiymətlərinə təsirini qiymətləndirib. 

Valyuta.az xəbər verir ki, iqtisadçılar arasında bu mövzuda kəskin fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, idxal rüsumları qlobal inflyasiyanı artıracaq, digərləri isə bunun yükünü yalnız amerikalı istehlakçıların daşıyacağını düşünür.

The New York Times (Nyu-York, ABŞ)

Nəşr yazır ki, ABŞ iqtisadiyyatı hazırda “ağır və hərəkətsiz avqust gününü” xatırladır. Gözlənilən “fırtına” artıq bəzi göstəricilərdə özünü büruzə verir, lakin nəticələrin nə dərəcədə dağıdıcı olacağı hələ bəlli deyil.

Fortune (Boston, ABŞ)

Jurnal qeyd edir ki, Trampın tarifləri ABŞ-da qiymətləri yüksəltsə də, digər ölkələrdə müəyyən deflyasiya təsiri yarada bilər. Ən böyük zərbəni isə Çin hiss edəcək. ABŞ-ın Pekinə tətbiq etdiyi yüksək rüsumlar Çinin onsuz da zəif olan iqtisadiyyatını daha da çətin vəziyyətə sala, hətta deflyasiya şokuna səbəb ola bilər.

ABC News (Nyu-York, ABŞ)

Ekspertlər ayaqqabıdan pomidora qədər bir çox məhsulda qiymət artımı barədə xəbərdarlıq etsələr də, Trampın prezidentliyi dövründə inflyasiya əksinə, zəifləyib. Bunun səbəbi kimi şirkətlərin rüsumlar qüvvəyə minməmişdən əvvəl ucuz idxal mallarını ehtiyat etməsi göstərilir. Ancaq bu ehtiyatlar tükəndikcə qiymət artımı qaçılmaz olacaq. Yale Budget Lab hesablamalarına görə, tariflər ABŞ ailələrinə illik orta hesabla əlavə 2400 dollar xərc gətirəcək.

The Independent (London, Böyük Britaniya)

"LendingTree" şirkətinin araşdırmasına əsasən, ABŞ şirkətlərinin üçdə biri yaxın 6 ayda qiymətləri artırmağı planlaşdırır. Təxminən 65% qiymətləri sabit saxlamağı, 5% isə endirməyi gözləyir. Analitiklər qiymət artımının iş yerlərinin ixtisarına qədər gedə biləcəyini bildirirlər.

Axios (Arlinqton, ABŞ)

Nəşrin məlumatına görə, tariflərin təsiri artıq açıq şəkildə hiss olunur – əsas ərzaq və gündəlik tələbat mallarının qiymətləri kəskin artıb. ABŞ şirkətləri gömrük rüsumlarının yükünü daşıyır, halbuki administrasiya bunun ixracatçı ölkələrin üzərinə düşəcəyini iddia edirdi. Lakin ötən ay idxal qiymətləri sürətlə yüksəlib ki, bu da “xərcləri əcnəbilər ödəyəcək” tezisini şübhə altına alır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...