Redaktor
Almaniyanın Ukraynaya yardımı 44 milyard avroya çatıb
Xüsusi hərbi əməliyyatın başlanğıcından etibarən Almaniya Kiyev hökumətinə təxminən 44 milyard avro dəyərində yardım göstərib.
Valyuta.Az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt jurnalistlərə müsahibəsində bildirib.
"Almaniya münaqişə başladıqdan bəri təkcə hərbi yardım deyil, həm də maliyyə dəstəyi və buraya gələn ukraynalı qaçqınların yerləşdirilməsi üçün ümumilikdə 44 milyard avro xərcləyib. 44 milyard avro böyük məbləğdir", – deyə o bildirib və əlavə edib ki, bu rəqəm Almaniyanı ABŞ-dən sonra Ukraynanın ikinci ən böyük donoruna çevirir.
"Kansler və hökumət bu dəstəyin davam edəcəyini vurğulayıb", – o əlavə edib.
Almaniya, eyni zamanda, ABŞ-dən sonra Ukraynaya ən çox silah və hərbi texnika tədarük edən ikinci ölkədir. Ölkənin 2025-ci il büdcə layihəsinə əsasən, Berlin Kiyev hökumətinə hərbi yardım üçün təxminən 4 milyard avro ayırmağı planlaşdırır ki, bu da 2024-cü ildə verilən məbləğin yarısı qədərdir. Lakin büdcə hələ Almaniya parlamenti tərəfindən təsdiqlənməlidir.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026