Aldığınız evin başqalarına da satılmadığından əmin olmaq üçün buna diqqət edin

Redaktor

10.09.2025 11:42
428

Aldığınız evin başqalarına da satılmadığından əmin olmaq üçün buna diqqət edin

Ev və mənzil alışı-satışı zamanı alıcılar müxtəlif problemlərlə üzləşirlər. Bir mənzil və ya ev bir yox, bir neçə insana satıla bilir və bu zaman insanlar arasında narazılıqlar yaranır. Uzun illərdir bu problem yaşanır və yenə də bu halları görürük.

Bəs belə halların qarşısını necə almaq olar?

Hüquqşünas Şamil Paşayev Valyuta.az-a açıqlamasında bildirir ki, alqı-satqı zamanı bu hallar daha çox MTK-larda baş verir:

“Ev və mənzil alqı-satqısında bir yox, bir neçə şəxsə eyni evin satılması məsələsi xüsusən MTK-larda baş verir. Bu cür halların yaşanmaması üçün vətəndaşlar həmin MTK-ların həqiqətən mövcud olub-olmadığına əmin olmalıdır. Qanunvericilikdə əslində bununla bağlı dəyişiklik də mövcuddur. Mülki Məcəllənin tələblərinə əsasən, bu alqı-satqılar notariat qaydada həyata keçirilə bilər. Notariat qaydada olduqda, alınan və satılan evlərin həqiqətən kimin adına olduğu, əvvəl satılıb-satılmadığı müəyyən edilə bilər. Satılacaq evlər notariata infoqrafika şəklində təqdim edilir. Bu cür olarsa, vətəndaşlar evlərini rahatlıqla ala və sata bilərlər, çünki artıq dövlət qurumu tərəfindən tənzimləmə həyata keçirilir və adiyyatı quruma satışlar və alışlar barədə məlumat verilir”.

“Əgər alış notariat qaydada aparılmayıbsa, ev və mənzil eyni vaxtda bir neçə adama satılıbsa, bu zaman zərərçəkmiş şəxslər məhkəməyə müraciət edə və təzminat ala bilərlər. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edərək həmin dələduzların cinayət məsuliyyətinə cəlb olunmasını təmin edə bilərlər” - deyə Ş.Paşayev bildirdi.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...