Agentlik “Technest Təqaüd Proqramı”nın ödənişlərini niyə gecikdirir? - RƏSMİ AÇIQLAMA

Redaktor

18.09.2024 16:36
945

Agentlik “Technest Təqaüd Proqramı”nın ödənişlərini niyə gecikdirir? - RƏSMİ AÇIQLAMA

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmış “Technest Təqaüd Proqramı”nda tələbələrə dərs deyən müəllimlərin bir neçə aydır maaşlarını ala bilməməsi ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb. Ödənişlərin bir çox kurslarda gecikdiyi bildirilir. Həmçinin "IT Brains Academy"də də bu proqram çərçivəsində dərs tədris edən müəllimlər bir neçə aydır maaşlarını ala bilmədiklərini qeyd edirlər. Onlar bildirirlər ki, Nazirlik maaşları bir neçə aydır gecikdirdiyi üçün "IT Brains Academy" müəllimlərin iki aylıq maaşlarını öz hesablarına ödəyiblər. Bununla bağlı sosial şəbəkədə həmin müəllimlər Nazirliyə müraciət də ünvanlayıblar. “Technest Təqaüd Proqramı”nda ödənişlər gecikdiyi üçün kurslar müəllimlərin maaşını verə bilmir. Bu da, tədris prosesinə maneə olur. 

Bəs ödənişlərin gecikməsi nə ilə əlaqədardır? Ödənişlə bağlı problem nə vaxt aradan qaldırılacaq?

Valyuta.az bununla bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sorğu ünvanlayıb. Agentlikdən soruğumuza cavab olaraq bildirildi ki, ödəniş prosesi üzrə işlər hazırda aktiv şəkildə davam edir:

“Bu proses mərhələli olaraq aparılır və maliyyə sənədlərinin doğruluğu, uyğunluq üzrə yoxlamalar, eləcə də digər monitorinqlərin uğurla tamamlanmasından sonra icra edilir. Maliyyə prosesinin dəqiqliyini təmin etmək məqsədilə bu sənədləşmə proseduru standart olaraq tətbiq olunan bir prosesdir. Şəffaflıq prinsiplərinə əsaslanaraq, tələb olunan bütün sənədlər tam olmadan və ya sənədlərdə səhvlər olduqda, ödənişin həyata keçirilməsi mümkün deyil, müəyyən edilmiş qaydalara ziddir”.

Agentlikdən verilən məlumata görə, proses tezliklə başa çatacaq və ödənişlər ən qısa müddətdə təmin ediləcək:

“Artıq bir neçə şirkətin ödənişləri yekunlaşıb. Biz tərəfdaşlarımızın və onların tədris keyfiyyətinə verdiyi dəyəri yüksək qiymətləndiririk. Əməkdaşlıqlarımızı və İKT sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi üzrə işləri uğurla davam etdirəcəyik”.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Azərbaycanın strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb

17.03.2026

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25% azalıb

17.03.2026

"Google"un 32 milyard dollar ödədiyi startap: “Wiz” nədir?

17.03.2026

Məzənnə

Yüklənir...