Redaktor
“Aferol Qida” yarım milyonluq sanksiya ilə üz-üzə
“Aferol Qida” şirkətində operativ vergi nəzarəti həyata keçirilib.
Valyuta.az xəbər verir ki, nəzarət tədbiri üzrə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında akt tərtib olunub. Bu akta əsasən şirkətə 500 326,52 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “Aferol Qida” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Hacıyev Rafiq Namiq oğludur.
“Aforel Qida” MMC cari ilin aprelində Ekvadordan idxal etdiyi 24 ton bananan çürümə halının aşkarlanması ilə gündəmə gəlmişdi. Şirkətin idxal etdiyi banan məhsulunun çürük olması barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yaymışdı. Həmin məlumatda qeyd edilirdi ki, “Aforel Qida” MMC-nin idxal etdiyi banan məhsulu bütünlüklə məhv edilib.
Hüseyn