Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

Redaktor

22.06.2025 13:01
443

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

2022-ci ildə Andrew Benin tərəfindən yaradılan “Graza” adlı zeytun yağı brendi, sadə bir gündəlik məhsulu yüksək gəlirli biznesə çevirməyi bacardı.

Valyuta.az xəbər verir ki, “Graza” yalnız iki məhsulla — bişirmə üçün “Sizzle” və tamamlayıcı yağ olan “Drizzle” ilə bazara daxil oldu.

Bu strategiya həm məhsul idarəsini sadələşdirdi, həm də müştəridə brendin aydın yadda qalmasını təmin etdi. Satış yalnız şirkətin veb saytı və məhdud kanallar üzərindən aparıldı ki, bu da distribütor mərhələsini aradan qaldıraraq daha yüksək mənfəət marjası yaratdı.

Brendin əsas fərqləndirici xüsusiyyəti - ənənəvi şüşə qablaşdırmadan fərqli olaraq, sprey tipli sıxılabilən butulka istifadə etməsi idi. Bu yanaşma, məhsulun istifadəsini asanlaşdırmaqla yanaşı, vizual olaraq da onu digər yağlardan ayırdı.

Ən diqqətçəkən tərəf odur ki, “Graza” heç bir ənənəvi reklam kampaniyasına pul xərcləmədi. Blogerlərə nümunələr göndərilərək məhsul sosial mediada viral oldu. Bu strategiya nəticəsində ilk ildə satış həcmi 5 milyon dollara (təqribən 8.5 milyon manat) çatdı. Hazırda isə hər 30 saniyədə bir butulka satılır və brendin bazar dəyəri 240 milyon dollardan (təqribən 408 milyon manat) çoxdur.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...