Redaktor
ABŞ-ın büdcə kəsiri tariflərdə rekord artıma baxmayaraq genişlənir
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, iyul ayı üçün ölkənin büdcə kəsiri 291 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 19% çoxdur.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, bu, Donald Trampın idxal rüsumlarından rekord gəlir əldə etməsinə baxmayaraq daam edir.
İyulda ABŞ büdcəsi gömrük rüsumları hesabına 27,7 milyard dollar artırılıb. Bir il əvvəl bu rəqəm cəmi 7,1 milyard dollar idi. Bu fərq Donald Tramp administrasiyası tərəfindən onlarla ölkədən mallara idxal rüsumunun tətbiqi ilə izah olunur.
Gömrük rüsumları nəzərə alınmadan büdcə gəlirləri ötən illə müqayisədə cəmi 2% (8 milyard dollar), xərcləri isə 10% (56 milyard dollar) artıb. Sonuncu iyul ayı üçün rekord həddə - 630 milyard dollara çatıb. Eyni zamanda, nazirlik qeyd edib ki, bu il iyul ayında iş günlərinin sayı ötən illə müqayisədə xeyli az olub və onlar bərabər olsaydı, ölkənin büdcə kəsiri 271 milyard dollar təşkil edəcəkdi.
Bu gün məlum olub ki, ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dolları keçib.
Paşa Məmmədli