Redaktor
ABB-nin qeyri-faiz xərcləri 27 faizdən çoxdur - SİYAHI
2025-ci ilin ilk yarısında qeyri-faiz xərclərini ən çox artıran bankların adına aydınlıq gəlib.
Belə ki, ölkədə fəaliyyət göstərən 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, qeyri-faiz xərclərinin dinamikasına görə ilk sırada “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC qərarlaşıb. Bankın xərcləri 61 milyon 392 min manat artaraq 27,5%-ə yüksəlib.
İkinci yerdə “Bank Avrasiya” ASC gəlir – 966 min manat artımla - 25,3%.
Üçüncü sırada “Ziraat Bank Azərbaycan” ASC isə 2 milyon 818 min manat artımla 25,2% göstərici ilə üçüncü olub.
Növbəti yerlərdə “Bank VTB (Azərbaycan)” ASC 3 milyon 533 min manat artımla (25,1%) və “Kapital Bank” ASC 85 milyon 481 min manat artımla (23,7%) qərarlaşıb.
Siyahıda həmçinin “Azər Türk Bank” ASC 6 milyon 718 min manat və ya 22,4%, “Bank BTB” ASC 1 milyon 193 min manat və ya 19,2% , “Bank Respublika” ASC 8 milyon 812 min manat və ya 16,0%, “TuranBank” ASC 2 milyon 259 min manat və ya 12,4% artımla yer alıb.
Bununla yanaşı növbəti pillələlərdə, “Xalq Bank” ASC (5 milyon 498 min manat artımla 12,4%), “AccessBank” QSC (5 milyon 191 min manat artımla 12,2%), “AFB Bank” ASC (1 milyon 179 min manat artımla 11,9%) və “Unibank KB” ASC (10 milyon 6 min manat artımla 10,8%) daxildir.
© Yenisabah
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025