ABB-nin problemli kreditlərində artım 3 bankın balans kapitalını üstələyib -

Redaktor

29.08.2025 15:10
385

ABB-nin problemli kreditlərində artım 3 bankın balans kapitalını üstələyib - Rəqəmlər

Son bir ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli kreditləri (PK) 47% artıb.

Valyuta.az-ın hesabatlara əsasən verdiyi məlumata görə, 2025-ci ilin ilk yarısında ABB-nin problemli kreditlərinin (90 gündən artıq gecikdirilən kreditlər) həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 73,7 milyon manat artaraq 231,1 milyon manata yüksəlib. Müqayisə üçün, bu göstərici 2024-cü ilin ilk yarısında 157,4 milyon manat təşkil edib.

Problemli kreditlərdəki artıma baxmayaraq, onların bankın ümumi kredit portfelində çəkisi hələ də nisbətən aşağıdır. Belə ki, 2024-cü ilin ilk yarısında portfeldəki payı 2,71% olan problemli kreditlər 2025-ci ilin ilk yarısında 3,49%-ə yüksəlib.

Əldə olunan göstəricilərə əsasən, problemli kreditlərin əsas hissəsi istehlak və biznes kreditləri üzrə qeydə alınıb. Belə ki, istehlak kreditləri üzrə PK bir ildə 48% artaraq 131,2 milyon manata çatıb (2024: 88,3 milyon manat). Biznes kreditləri üzrə problemli borclar 69% artaraq 82,3 milyon manat təşkil edib (2024: 48,6 milyon manat). Daşınmaz əmlak kreditləri üzrə PK isə 9,6% azalaraq 18,6 milyon manata enib (2024: 20,5 milyon manat).

Gecikmə müddətinə görə təhlil göstərir ki, problemli portfelin ən böyük hissəsi ümidsiz kreditlər, yəni “1 il və artıq” gecikdirilən borclardan ibarətdir. Bu kateqoriya 2025-ci ilin ilk yarısında 133,0 milyon manat olub ki, bu da ümumi problemli kreditlərin 57%-ni təşkil edir (2024: 66%).

Ümumilikdə, son bir il üzrə ABB-də problemli kreditlərin məbləği və portfeldə payında artım müşahidə olunub. Əsasən istehlak və biznes kreditləri üzrə risklərin yüksəlməsi bankın gələcək kredit siyasətində bu seqmentlərə nəzarətin gücləndirilməsini zəruri edir.

Qeyd edək ki, bu ilin ilk yarısı üzrə rəqəmlərə əsasən, Azərbaycanda 3 bankın balans kapitalı 75 mln. manata qədər olub. Başqa sözlə, ABB-nin problemli kreditlərinin artım dinamikası 3 bankın balans kapitalından çoxdur.

Nara

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...