235 min dollarlıq uçan avtomobil ilk dəfə "havaya qalxdı" (VİDEO)

Redaktor

25.02.2025 02:30
584

235 min dollarlıq uçan avtomobil ilk dəfə "havaya qalxdı" (VİDEO)

Uçan avtomobil konsepti uzun illərdir maraq doğursa da, onun gündəlik həyatda istifadəsi üçün texniki və hüquqi maneələr hələ də aradan qaldırılmayıb. Lakin ABŞ-ın "Alef Aeronautics" şirkəti bu sahədə iddialı görünür və təxminən 235 min dollara satışa çıxarmağı planlaşdırdığı uçan avtomobili ilə böyük ümidlər bəsləyir.

Valyuta.az xəbər verir ki, şirkət avtomobilin necə işlədiyini nümayiş etdirmək üçün ictimai bir yolda sınaq uçuşu həyata keçirib. Görünən odur ki, bu test üçün lazımi icazə alınmayıb. Texniki baxımdan avtomobil yolda hərəkət edərkən maneələri aşmaq üçün havaya qalxmaq imkanına malikdir.

Bu cür avtomobillərin rəsmi olaraq yollarda və ya hava məkanında istifadəsinə icazə verilməməsinin bir sıra mühüm səbəbləri var. Çünki yerüstü avtomobil idarəçiliyi ilə uçan bir nəqliyyat vasitəsini idarə etmək tamamilə fərqli fiziki qanunlara tabedir.

Avtomobil havaya qalxdıqda artıq küləyin təsiri, yerin cazibə qüvvəsi və mühərrik gücü kimi amillərlə qarşılaşır. Bu cür nəqliyyat vasitələrinin havada idarə edilməsi pilot və ya helikopter sürücüsü lisenziyası tələb edir və olduqca çətindir.

Bundan əlavə, uçan avtomobillərin istismara verilməsi ciddi təhlükəsizlik riskləri daşıyır. Belə nəqliyyat vasitələrinin nəzarətsiz uçuşları ölümlə nəticələnən və maddi ziyan vuran qəzalar yarada bilər. Bu səbəbdən bir çox ölkə hələlik uçan avtomobillərə lisenziya verməkdən imtina edir.

Hazırda bu cür nəqliyyat vasitələri əsasən çox zəngin şəxslərin böyük özəl ərazilərində əyləncə məqsədilə istifadə etdiyi texnoloji "oyuncaqlar" olaraq qalır. Onların kütləvi istifadəsi üçün süni intellektlə idarə olunan avtonom sistemlərin inkişaf etdirilməsi vacibdir.

Əgər süni intellekt və avtonom idarəetmə sistemləri bu sahədə tətbiq olunarsa, dünya "Beşinci Element" və ya "Ulduz Döyüşləri" filmlərində gördüyümüz, uçan avtomobillərlə dolu futuristik bir mənzərəyə qovuşa bilər. Lakin insan nəzarətində olan uçan avtomobillərin sərbəst şəkildə istismarı hələlik praktik olaraq mümkün görünmür.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr

17.03.2026

Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb

17.03.2026

Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb

17.03.2026

Bakı üçün yeni seriya buraxıldı

17.03.2026

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL

17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?

17.03.2026

İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu

17.03.2026

Emil Əhmədov müavin təyin edildi

17.03.2026

Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib

17.03.2026
“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

“Qiymət soruşub gedən müştərini alıcıya çevirmək mümkündür” - Azad Qəhrəmanov

17.03.2026

Bəzi şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI

17.03.2026

Sabah Azərbaycanda 17 dərəcə isti olacaq

17.03.2026

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub ®

17.03.2026

Azərbaycan neftinin və qazının ötən il üzrə orta qiyməti açıqlandı

17.03.2026

"Bakı Metropoliteni"nin baş mühəndisi vəzifəsindən azad edildi

17.03.2026

Məzənnə

Yüklənir...