Redaktor
17 yaşında şirkət qurdu, 21 yaşında milyarder oldu
Bir çox insanlar düşünür ki, milyarder olmaq üçün uzun illər, çoxlu vaxt və pul lazımdır. Lakin dünyada bəzi insanlar var ki, bu yolda daha tez addımlayıb, milyarder statusunu qazana biliblər. Onlardan biri də Kylie Jennerdir.
O, sadəcə televiziya ulduzu imicindən çıxaraq qlobal biznes simasına çevrilməyi bacarıb.
Valyuta.az xəbər verir ki, sosial mediada 395 milyona yaxın izləyicisi, uğurlu kosmetika brendi və yüzmilyonlarla dollarlıq sərvəti ilə o, həm trendləri yaradan, həm də gənc qadın sahibkar olub.
1997-ci ildə Los-Ancelesdə dünyaya gələn Kylie uşaqlıqdan milyonlarla tamaşaçının izlədiyi “Keeping Up with the Kardashians” realiti-şousu ilə məşhurlaşıb. Məşhurluq ona reklam müqavilələri, müxtəlif brendlərlə əməkdaşlıqlar gətirsə də, o, qazandığı populyarlığı biznesə çevirmək niyyəti yaranıb. 2015-ci ildə - cəmi 17 yaşında, gələcəyini dəyişəcək addımı ataraq “Kylie Cosmetics”i təsis edib.
Kosmetika imperiyasının doğuluşu
Şirkətin ilk məhsulu olan “Kylie Lip Kits” satışa çıxarıldığı andan rekord qıraraq bir neçə dəqiqəyə tükənir. Müştərilərin böyük marağı nəticəsində şirkət 18 ayda 420 milyon dollardan çox gəlir əldə etdi. 2016 və 2017-ci illərdə ailə üzvləri ilə kolleksiya əməkdaşlıqları və mövsümi kampaniyalar satışları daha da artırdı. Təkcə 2016-cı ilin “Holiday Collection” kampaniyası bir gündə 19 milyon dollarlıq satış gətirdi.
Brend qısa müddətdə ABŞ-dəkı “TopShop” mağazalarına, daha sonra isə “Ulta Beauty” şəbəkəsinə daxil oldu. 2019-cu ilin noyabrında kosmetika nəhəngi “Coty”, “Kylie Cosmetics”in 51%-ni 600 milyon dollara satın aldı. Bu saziş şirkəti 1,2 milyard dollar dəyərində qiymətləndirdi və nəticədə Kylie Jenner 5 mart 2019-cu ildə “Forbes”in siyahısında dünyanın ən gənc milyarderi elan olundu. 21 yaşında bu titula sahib olaraq, “Facebook”un qurucusu Mark Zuckerberg-dən də gənc yaşda milyarder statusuna çatdı.
“Self-made” mübahisəsi və yeni layihələr
Onun milyarder statusu sosial mediada mübahisələr doğurdu. Bir çoxları Jenner-in varlı və məşhur ailədə böyüməsini əsas gətirərək “öz zəhməti ilə” ifadəsini şübhə altına aldı.
Sonrakı illərdə Jenner brendini genişləndirərək Kylie Skin, Kylie Baby və Kylie Swim kimi yeni layihələrə imza atıb. Təbii ki, 80 milyon dollardan artıq dəyərə malik daşınmaz əmlak portfeli və milyonluq reklam müqavilələri də sərvətinə ciddi töhfə verir.
Sosial media gücü və nümunə hekayə
Kylie Jenner-in uğurunda sosial medianın rolu xüsusilə önəmlidir. O, “Instagram” üzərindən yalnız imicini gücləndirməklə kifayətlənməyib, həm də bütün kosmetika biznesini buradan böyüdüb. İndi isə hər paylaşımı milyonlarla dollara dəyər ola bilir.
Hazırda, 2025-ci ilin məlumatlarına görə, Kylie Jenner-in sərvəti 700–750 milyon dollar arasında qiymətləndirilir. Bu, onu milyarder statusundan bir qədər uzaqlaşdırsa da, biznesinin miqyası və təsir gücü gələcəkdə bu səviyyəyə yenidən çatmaq potensialını göstərir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025