150-dən çox süni intellekt modelini birləşdirən startap: "Eachlabs"

Redaktor

25.08.2025 18:44
322

150-dən çox süni intellekt modelini birləşdirən startap: "Eachlabs"

Tək bir API inteqrasiyası ilə 150-dən çox süni intellekt modelinə çıxış imkanı təqdim edən "Eachlabs", hazır iş axını şablonları, model müqayisə alətləri və "AI Finder" funksiyası ilə seçilir. Valyuta.Az-ın verdiyi xəbərə görə, 2024-cü ilin fevral ayında Türkiyədə Eftal Yurtseven, Ferhat Budak və Canberk Sinangiltərəfindən təsis edilən "Eachlabs", qlobal tərtibatçıların məhsuldar süni intellekt texnologiyalarına daha asan və sürətli çıxışını təmin etməyi hədəfləyir. Hazırda səkkiz nəfərlik əsas komandaya malik olan layihə proqram təminatı və məhsul strategiyası kimi sahələrdə fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir.

Startapın fəaliyyət sahəsi

Komanda "Eachlabs"i tərtibatçılara yönəlmiş süni intellekt modelləri üçün bazar yeri kimi təqdim edir. Platforma tək bir API inteqrasiyası ilə 150-dən artıq süni intellekt modelinə çıxış imkanı yaradır. Burada yer alan hazır iş axını şablonları, model müqayisə alətləri və "AI Finder" funksiyası tətbiq hazırlama prosesini xeyli asanlaşdırır. Musiqi istehsalından vizual tərtibata, mətndən videoya qədər geniş spektrli modellər tək platformada birləşdirilir.

Komanda, infrastrukturun tamamilə sıfırdan qurulduğunu və ilkin versiyanın cəmi üç ayda istifadəyə verildiyini qeyd edir. "Eachlabs"in infrastrukturu miqyaslana bilən memarlığa əsaslanır və istifadəçilər yalnız istifadə etdikləri xidmətə görə ödəniş edirlər.

Startapın təqdim etdiyi məlumata əsasən, son altı ay ərzində istifadəçi bazasını beş dəfə artıran "Eachlabs", bu gün 80 ölkədə 10 mindən çox tərtibatçıya çatıb. Platformada 150-dən çox model aktiv şəkildə istifadə olunur.

Süni intellekt bazarında qlobal miqyasda "Replicate" və "Fal" kimi oyunçular fəaliyyət göstərir. "Eachlabs" isə avtomatik model seçimi, hazır iş axını şablonları, çıxış keyfiyyəti və sürət sahələrində rəqiblərindən fərqləndiyini vurğulayır. Platformanın avtomatik model seçimi funksiyası vasitəsilə istifadəçilərə ehtiyaclarına ən uyğun model təklif olunur.

Hazır iş axını şablonları ilə arxa fonun silinməsi, mətndən videoya çevirmə kimi funksiyalar sürüklə-burax rahatlığında həyata keçirilə bilir. Eyni zamanda modellər cavab müddəti, maliyyət və keyfiyyət baxımından müqayisə olunur və ən optimal nəticə ən qısa zamanda təqdim edilir. Bundan əlavə, "ByteDance" kimi texnologiya nəhəngləri ilə qurulan inteqrasiyalar vasitəsilə tərtibatçılara genişmiqyaslı və aktual modellər təqdim olunur.

Startapın gəlir modeli

"Eachlabs", "Boost The Future" sürətləndirmə proqramının 6-cı buraxılışından məzun olan 10 startapdan biridir. Bundan əlavə, 2025-ci ilin fevral ayında "Right Side Capital"ın rəhbərliyi ilə toxum öncəsi investisiya alması ilə gündəmə gəlmişdi.

İstifadə qədər ödəniş modelilə fəaliyyət göstərən "Eachlabs" vasitəsilə tərtibatçılar tək bir inteqrasiya ilə müxtəlif modellərə çıxış əldə edir və yalnız istifadə etdikləri qədər ödəniş edirlər. Korporativ istifadəçilər üçün isə miqyaslana bilən fərqli paketlər təklif olunur.

Startapın hədəfləri

Komanda yaxın aylarda "AI Finder" funksiyasını bütün istifadəçilər üçün aktivləşdirməyi planlaşdırır. Bu yolla istifadəçilər öz tətbiqləri üçün ən uyğun modeli daha sürətli şəkildə seçə biləcəklər. "Eachlabs" xüsusilə media və məzmun istehsalı sahəsində məhsuldar süni intellekt modellərinə fokuslanmağı qarşısına məqsəd qoyub. Layihənin uzunmüddətli vizyonu, İstanbulda qurulan bu təşəbbüsün qlobal tərtibatçı ekosistemində etibarlı süni intellekt infrastruktur platformasına çevrilməsidir.

Aydın

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib

06.12.2025

Bu ərazidə ticarət mərkəzi tikiləcək

06.12.2025

Pambıq mahlıcının ixracı azalıb

06.12.2025

Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU

06.12.2025

Məzənnə

Yüklənir...