Redaktor
Abşeron RİH: "Birmənalı olaraq, həmin evlərə sənəd verilməyəcək" (VİDEO)
Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür.
ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib:
"Bir necə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən 26-27 minə yaxın sənədsiz ev var idi. Təsəvvür edin ki, Abşeron rayonunda 215 min qeydiyyatda olan əhali var, lakin 700 minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək", deyə o, bildirib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025