Redaktor
Sənədsiz evlərdə yaşayanların nəzərinə: Yenilik olacaq! (VİDEO)
Mənzilə çıxarış almaq asanlaşacaq. Bu məqsədlə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılacaq.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.
Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isətələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.
Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yenin sistemin yaradılmasında əsas məqsədlərdən biri isə, vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.
Qeyd edək ki Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 nəqliyyat vasitəsi satışa çıxarılır - 1 350 manatdan
09.12.2025AFB Bank-ın aktivləri 400 milyon manatı keçdi! ®
09.12.2025Masallıda 10 milyona DOST Mərkəzi tikiləcək
09.12.2025Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi
09.12.2025Nazir yeni rəis əvəzi təyin etdi
09.12.2025