Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?
11.04.2025 09:45
532

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Samirə Dünyamalıyeva
         Sahibkar, peşəkar idarəçi, “Bağçam uşaq bağçaları” şəbəkəsinin qurucusu

Həyat yoldaşı ilə eyni işlə məşğul olmaq... Bir tərəfdən çox gözəldir - bir-birinizi anlayırsınız, eyni dili danışırsınız, daim bölüşəcək, müzakirə edəcək mövzunuz var.

Bir dəfə xarici ölkəyə gedərkən pasport qeydiyyatında 2,5 saat növbədə dayanmalı olmuşduq. Orada bizi izləyən bir cütlük maraqla soruşdu: “Siz bu qədər saat nə danışırsınız? Biz danışmağa söz tapmırıq”.

Yol yoldaşı olmaq belə anlarda daha da mənalı görünür. Amma hər gözəlliyin bir çətinliyi də var axı...

Biz həyat yoldaşımla illərdir eyni sektordayıq. Uğurlarımız çox olub. Amma bəzən bir-birimizi çox yaxşı anladığımız üçün, bəzən də heç anlamadığımız üçün çətinliklər də yaşamışıq. Hər şeydə olduğu kimi, burada da əsas məsələ balansı qorumaqdır.

Peşəkar və şəxsi sərhədləri qorumaq

Evə iş gətirməməyə çalışmaq... Kağız üzərində asan görünür. Reallıqda isə nahar süfrəsində belə “sabahkı təqdimat”dan danışdığınız anlar olur. Nəticə? Şəxsi vaxt əriməyə başlayır, münasibətlər də yavaş-yavaş yorulur. Biz nə etdik? Evdə “iş danışmaq qadağandır” prinsipi qoyduq. Alındımı? Çox vaxt bəli. Hərdən pozuldu? Əlbəttə.

Rəqabət?

Bizdə yoxdur demək istərdim. Amma rəqabət olsa da, sağlam olarsa – inkişafdır. Biri irəliləyəndə, digəri “Mən yerimdə saydım?” düşüncəsinə düşə bilər. Bu, insani haldır. Amma biz bu hissi düşmənə yox, motivasiyaya çevirməyi öyrəndik. Hər birimizin uğuru, əslində ikimizin uğurudur.

Liderlik kimdədir?

Eyni komandada işləyəndə qərar vermək bəzən mübahisəyə çevrilə bilər. Amma zamanla rollarımızı ayırdıq. Hansı sahədə kim daha güclüdürsə, o qərar verir. Nəticədə qarşılıqlı hörmət öz yerini daha da möhkəmləndirdi.

Bərabər iş yükü və maliyyə təhlükələri...

Bəzən biri yorulur, digəri isə hələ də enerjilidir. Ya da hər ikimizin işi çətinləşir. Və eyni sektorda olmaq maliyyə baxımından da risklidir – bir problem hər ikimizi təsir edə bilər. Amma bu da bizi daha planlı, daha məsuliyyətli olmağa vadar etdi.

Fərqli maraqlar – nəfəs kimidir

Eyni işdə işləyib, sonra da eyni problemləri evə gətirmək… Tükəndirir. Bu səbəblə, fərqli hobbilər, fərqli dost dairələri yaratmağa başladıq. Bu, bizi təkcə fərd olaraq yox, cütlük olaraq da gücləndirdi.

Nəticə? Mümkündür. Amma asan deyil.

Eyni işlə məşğul olmaq həm də bir fürsətdir – çünki səni ən yaxşı anlayan insanla eyni yolda addımlayırsan. Sadəcə, o yolu düz görmək üçün bəzən dayanıb istiqamətə baxmaq, bəzən də bir-birini gözləmək lazımdır.

Əgər doğru prioritetlər qoysan, çətinliklər keçici olur. İşlə ailə arasında sərhəd çəkməyi bacarsan, həm sevgini, həm işini qoruya bilirsən.

Bir də... Unutma: Özünə vaxt ayırmaq – bu yolun əvəzsiz yanacaq nöqtəsidir.
Çünki dolu bir sən, həm yaxşı iş ortağı, həm yaxşı valideyn, həm də güclü həyat yoldaşı ola bilərsən.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...