Xidmət
03.03.2021 / 12:18
Azərbaycanda təmassız ödənişlər limiti 100 manata çatdırılıb - "Mastercard"
8391
“Azərbaycanda təmassız plastik kartlarla şifrəsiz ödəniş limiti iki dəfə artırılıb”.
Bunu keçirilən onlayn mətbuat konfransında “Report”un sualına cavab olaraq "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
E.Çakarın sözlərinə görə, pandemiya dövründə Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları ilə əldə edilən razılaşmaya görə, bu rəqəm 100 manat olub.
“Əslində təmassız kart istifadəçisi 1 000 manatlıq ödənişi də təmassız edə bilər. Amma bu zaman 100 manatdan yüksək məbləğ üçün şifrə yığmaq tələb olunur. Onu da qeyd edim ki, hazırki göstərici Türkiyədəki mövcud rəqəmdən daha çoxdur”, - deyə, o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay