BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
53346

Azərbaycanda hotel otaqlarında kameraların olması ilə bağlı müxtəlif hekayələr dolaşır. Bəzi insanlar bu cür kameraların təhlükəsizlik məqsədilə quraşdırıldığını iddia edirlərsə, digərləri bunu şəxsi həyatın toxunulmazlığına qarşı ciddi bir pozuntu kimi qiymətləndirirlər.

Xüsusilə kateqoriyasız hotellər və daha az tanınan müəssisələrdə qonaq olan insanlar arasında bu məsələ ciddi narahatlıq doğurur. Hətta bəzi brend hotellərdə belə bu cür kameraların mövcudluğu ilə bağlı şübhələr var. Bu vəziyyət insanların şəxsi həyatına müdaxilə olunub-olunmadığı ilə bağlı suallar yaradır və hüquqi, həmçinin etik baxımdan diqqətlə araşdırılmalıdır.

Oxu.az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərlə müzakirə aparıb.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib ki, bu cür məsələlərdə ictimaiyyətin məlumatlılığı artırılmalı və hüquq-mühafizə orqanları tərəfindən belə qanun pozuntularına qarşı sərt tədbirlər görülməlidir:

"Qonaqlar hər hansı şübhə yarandıqda və ya hüquq pozuntusu ilə qarşılaşdıqda müvafiq orqanlara müraciət etməli və qanun çərçivəsində öz hüquqlarını müdafiə etməlidirlər. Hotellərin otaqlarında kameraların olması ilə bağlı narahatlıqların aradan qaldırılması üçün hər bir qonaq öz hüquqlarını bilməli və müəssisədən açıq şəkildə məxfilik barədə zəmanət tələb etməlidir. Qonaqlar qaldıqları yerlərin qanunla müəyyən edilmiş çərçivədə fəaliyyət göstərdiyinə əmin olmalıdırlar. Şəxsi həyatın toxunulmazlığı hüququ hər kəs üçün qorunmalıdır və bu hüquqdan heç bir şəraitdə imtina edilməməlidir".

Onun sözlərinə görə, hotellərin təhlükəsizlik məqsədilə ümumi məkanlarda - lobbilərdə, dəhlizlərdə, giriş-çıxışlarda kameralar quraşdırması normal bir təcrübədir və bu, qonaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır:

"Amma otaqların daxilində, xüsusilə şəxsi məkanlarda - yataq otaqları, sanitar qovşaqlar kimi yerlərdə kameraların quraşdırılması həm qanunvericilik, həm də etik baxımdan qəbuledilməzdir".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri və eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bu məsələ ilə bağlı bildirib ki, qanunla nəzərdə tutulan hallar istisna olmaqla şəxsi və ailə həyatına müdaxilə qadağandır:

"Şəxsi məkanlarda, məsələn, hotel otaqlarında, sanitar qovşaqlarda və ya digər şəxsi məkanlarda gizli kameraların quraşdırılması, Azərbaycan qanunvericiliyinə görə, ciddi qanun pozuntusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması və yayılması cinayət məsuliyyətinə səbəb olur. Belə əməllərə görə 1 000 manatdan 2 000 manatadək cərimə və ya müxtəlif müddətlərə islah işləri cəzası tətbiq oluna bilər. Bu, həmin qanunsuz hərəkətlərin ciddiliyini göstərir və şəxsi toxunulmazlıq hüququnun dövlət tərəfindən necə ciddi qorunduğuna işarə edir".

S.Dübəndi əlavə edib ki, gizli kamera quraşdıranlar ifşa olunmalıdır ki, başqalarına da dərs olsun:

"Qaydaların pozulması ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu cür qanun pozuntuları aşkar edildikdə həmin müəssisələr məsuliyyətə cəlb edilməli və onların adları ictimaiyyətə açıqlanmalıdır. Bu, həm də digər müəssisələrə və sahibkarlara xəbərdarlıq olaraq xidmət etməlidir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

"Azergold" 12 milyona nə iş görəcək?

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Əczaçılıq məhsullarının idxalında tonluq azalma

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin