Azərbaycanda 4 bazar bağlandı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan 4-ü fəaliyyətini dayandırıb.
Valyuta.az axar.az-a istinadən bildirir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil:
"Bir neçəsinə qarşı müvafiq sanksiyalar tətbiq edilib. Həmin ərzaq bazarlarının qarşısında qısa müddət ərzində həyata keçirilməli olan tədbirlər proqramı hazırlanıb və təqdim olunub.
Fürsətdən istifadə edib istər heyvan satışı bazarlarında, istərsə də ərzaq bazarlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq etmək istəyirik ki, onların fəaliyyət sahələri əhalinin bilavasitə sağlamlığına təsir edir. Bu sahədə qanunvericiliyin tələblərinə uyğun şəkildə işlərini qurmalıdırlar. Əks halda qanunda nəzərdə tutulmuş qaydada lazım olan tədbirlərin hamısı həyata keçiriləcək. Yəni onlara qarşı inzibati tədbirlər və ya məhdudlaşma tədbirləri həyata keçiriləcək", - Q.Təhməzli deyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay