Xidmət
05.03.2024 / 14:22
"Azərsu" ilə MKTB arasında qalmaqal
43683
Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, MKTB-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Nərminə Əhmədova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bəzi iddialara görə, məhkəmə çəkişməsi su pulu ilə bağlıdır. Başqa məlumatlarda isə məsələnin kökündə “Azərsu”nun su çəkilişləri zamanı məhəllədaxili yolları yararsız hala salması və sonradan təmir etməməsi dayanır.
Məsələ ilə bağlı adıçəkilən qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay