“Bolt Food”un əlavə aldığı xidmət haqqı qanunidir? (ŞƏRH)
“Bolt Food” çatdırılma şirkəti çatdırılma haqqından əlavə olaraq həm də xidmət haqqı alır. Bu da sifariş verilən məsafəyə görə dəyişir. Şirkət özü bunu platformanın optimal işləməsini təmin etmək və ödənişlərin emalı xərclərini qarşılamaq üçün olduğunu qeyd edir.
Bu qanunla doğrudurmu?
Valyuta.az məsələni iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.
Xalid Kərimli deyib ki, bu qanunla tamamilə doğrudur, əlavə seçimdir. Biz razıyıqsa, həmin daşıyıcı şirkət vasitəsi ilə sifariş edirik, razı deyiliksə etmirik:
“Şirkət özü bunu xidmət haqqı kimi əlavə məbləğ müəyyənləşdirib”.
Ekspert bildirib ki, belə şirkətlərin ən böyük cəzası ordan sifarişdən imtinadır, ancaq şirkətin bu etdiyi də etik hesab oluna bilər:
“Çünki əvvəldən xəbər verib, qanuna zidd deyil, qanuna uyğun olaraq öz xidmətinə haqq müəyyənləşdirib. Əgər müştəri razıdırsa və transaksiyaya gedibsə, Mülki Məcəlləyə, sahibkarlıq haqqında qanuna uyğun olaraq müştəri ilə münasibətlərin bütün qaydalarına riayət edib. Əgər müştəri bundan narazıdırsa, yalnız sifariş verməyə, başqa çatdırılma xidmətinə müraciət edə bilər. Bazar iqtisadiyyatında sahibkarlar xidmətlərinə qiyməti özləri müəyyənləşdirir. Məsələn, başqa ölkələrdə də belə olur və hətta bu qiymətlər bizim ölkəmizdəki qiymətlərdən bir neçə dəfə artıq ola bilər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay