Sakinlərin nəzərinə! Bunu etməsəniz, cərimə olunacaqsınız
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla əlaqadar olaraq “Azəristiliktəchizat” ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.
Bu barədə Valyuta.az-a “Azəristiliktəchizat” ASC-dən bildirilib.
Qeyd edək ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.
Əlavə məlumat üçün istehlakçılar “Azəristiliktəchizat” ASC-nin (012) 956 qısa nömrəli “qaynar xətti” ilə əlaqə saxlaya bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay