Bakıda evlərə istilik noyabrın 1-dən veriləcək? - RƏSMİ CAVAB
Azərbaycanda hava şəraiti kəskin dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
Bu günlərdə paytaxt Bakıda da soyuq hava müşahidə olunur.
Havaların soyuq keçməsi səbəbindən Bakıya, eləcə də rayonlara istilik sistemi vaxtından əvvəl verilə bilərmi?
Mövzu ilə bağlı “Azəristiliktəchizat” ASC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qurumun fəaliyyətin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib:
"Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 303 N-li 5 sentyabr 2023-cü il tarixli İstilik Enerjisindən İstifadə Qaydaları təsdiq edilib ki, bu da müstəqil Azərbaycanda bu fəaliyyəti tənzimləyən ilk rəsmi sənəddir.
İstilik Enerjisindən İstifadə Qaydaları istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yarana biləcək bütün nüanslarıtənzimləmək üçün nəzərdə tutulur. Məhz həmin qaydalara əsasən, ölkə ərazisində rayonlar üzrə istilik mövsümünün başlaması və bitməsi müddəti müəyyən edilir. Belə ki, təsdiq edilmiş qaydalara əsasən, ölkənin aşağıda adını çəkdiyimiz dağ rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır və mayın 1-də başa çatır:
Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı.
“Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istiliklə istiliklə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və “Azəristiliktəchizat” ASC-ə Azərbaycan Respublikasının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlaması və bitməsi ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verib və hazırda qeyd olunan qurumlar tərəfindın işlər aparılır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay