Xidmət
25.09.2023 / 14:02
"Alıcılar bu halda dərhal vergi orqanlarına məlumat verməlidir" - Ekspert
33279
“Alıcı belə hallarda dərhal market rəhbərliyinə və vergi orqanlarına məlumat verməlidir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov marketlərdə, iri ticarət mərkəzlərində kartla ödəniş edən alcıya təqdim edilən çekin nağd alış kimi göstərilməsi hallarından danışarkən deyib.
Ekspert belə halların yaranmasının təəccüblü olduğunu qeyd edib. Əkrəm Həsənov bildirib ki, kartla edilən ödənişi market gizlədə bilməz:
“Ödəniş olan kimi bir başa sistemə oturur və onu bank və vergi orqanı görür. Görünür, bu texniki məsələdir. Belə hallar bilərəkdən edilə bilməz”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay