Suyun qiyməti 2 manat olacaq? (AÇIQLAMA)
Abşeron yarımadasında Bakı, Xırdalan və Sumqayıt ərazilərində su qıtlığı yaşanır. Əhali içməli suyla fasilələrlə təmin olunur.
Hər dəfə su qıtlığı problemi yaşananda, suyun qiymətinin qaldırılacağı məsələsi də gündəmə gəlir. Bu dəfə də belə oldu.
Belə ki, Bakıvaxtı.az-ın məlumatına görə, son günlər "Azərsu" ASC-nin suyun qiymətini qaldırmaqla bağlı Tarif Şurasına təkliflər hazırladığı barədə xəbərlər dolaşır. Gəzən söz-söhbətlərə görə, suyun qiymətinin 2 manatadık qaldırılacağı gözlənilir.
Bakıvaxtı.az-ın bununla bağlı sorğusunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı cavablandırıb. Onun sözlərinə görə, belə bir məsələ gündəmdə deyil.
Qeyd edək ki, Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci ildə qalxıb. Həmin ilin yanvarında Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrəBakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik,digər inzibati ərazi vahidləri üzrə 60 qəpik,tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpiksəviyyəsində təsdiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay