“Araz” market məhsulu 31 qəpik baha satdı, 5 min cərimələndi
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən “Araz” market 5 min manat cərimələnib.
Valyuta.az-ın məlumatına görə, marketin cərimələnməsinə səbəb Xonça xaçapurinin qiyməti 0.99 AZN olduğu halda, müştəriyə 1.30 qəpiyə satılması olub.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məsələ ilə bağlı şikayət edib. Müştərinin dövlət qurumuna təqdim etdiyi fotolardan da görünüb ki, marketdə məhsulun qiyməti 0.99 AZN kimi qeyd edilib, amma ödəniş qəbzində 1.30 AZN göstərilib.
Dövlət Xidməti qanunun tələblərini pozduğuna görə “Araz” market barəsində protokol tərtib edib və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə market İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək. barəsində 5000 min manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay