Bakıdakı bu restoranın fəaliyyəti dayandırıldı (FOTO/VİDEO)
Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 27 ünvanında yerləşən “Möhtəşəm Məkan” restoranının fəaliyyəti dayandırılıb.
FHN-dən Valyuta.az-a verilən məlumata görə, keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib
Belə ki;
- obyektdə qaz təsərrüfatından qeyri-qanuni istifadəyə yol verilib;
- qaz istismarına dair müvafiq sənədlər təqdim edilməyib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb və həmin qurğuların texniki sazlığının yoxlanımasi ilə bağlı test aparılmayıb;
- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;
- obyekt odsöndürən balonlarla təmin olunmayıb;
- obyektdə təxliyə planı mövcud deyil.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 27 ünvanında yerləşən “Möhtəşəm Məkan” ailəvi restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay