BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
7944

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-dən verilən məlumata görə, obyektdə aşağıdakı nöqsanlar aşkarlanıb:

- istehsal sahəsi normalara uyğun təxliyə çıxışları ilə təmin olunmayıb;

- qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verilib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- bina və qurğular avtomatik yanğın xəbərverici siqnalizasiya, tüstüxaricetmə və ventilyasiya qurğuları və yanğına qarşı su təchizatı sistemi ilə təmin olunmayıb;

- obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb, mövcud osdondürənlərin tərkibi yenisi ilə əvəz olunmayıb;

- otaqların yenidən planlaşdırılması, onların təyinatının dəyişdirilməsi və ya yeni texnoloji avadanlıqlarla təmin edilməsi zamanı qüvvədə olan tikinti və texnoloji layihələndirmə normalarının yanğına qarşı tələblərinə riayət edilməyib;

- xammal anbarı istehsal sahəsindən yanğına qarşı arakəsmə divarlarla təcrid olunmayıb;

- yenidənqurma, genişləndirmə və fəaliyyətin dəyişdirilməsi Dövlət Yanğın Nəzarəti orqanları ilə razılaşdırılmayıb;

- daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib;

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən polietilen paket istehsalı müəssisəsinin Rəngləmə sexində işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin