Samir Mirzə
Ölkə.Az saytının məsul redaktoru, media meneceri
Bir çox insan özünün, qarşısındakının səmimi olmasını istəyir. Səmimiyyət ab-havasında olan iş yerində əhvali-ruhiyyə də yüksək olur və dolayısı ilə işin keyfiyyətinə də müsbət təsir edir. Bununla yanaşı qeyd etməliyik ki, bəzi insanlar səmimiyyətdən sui-istifadə edə bilirlər. Məsələn, qarşısındakı şəxsə qarşı özündə cürət tapır, həddini aşır, öz səlahiyyət zonasını unudur və s. Müdir-işçi, işçi-müdir, işçi-işçi münasibətlərində – fərqi etməz.
İş yerində qaraqabaqmı oturaq?
Gündəlik həyat tərzinin böyük hissəsini səmimi davranışları ilə yaşayan insanlar üçün qarabaqabaq olmaq “ölüm”ə bərabərdir. Amma səmimiyyətin zərbəsi o qədər ağır olur ki, sonda mənəvi ölüm yaşaya bilirsən. Ona görə tərəflər bir-birinin qabını, tutumunu öyrənməmiş, müəyyən qədər bir qənaətə gəlməmiş bu ovqat səmimiyyət risklidir. Hətta uzun müddət bir yerdə çalışdığın birini yanlış tanımaq da mümkündür. Səmimiyyətin gətirdiyi “özünü itirmələr” münasibətləri elə iflic edə bilər ki, dünən üzünü görəndə müsbət enerji aldığın insanın səsini belə eşitmək istəməzsən. Bütün bunları nəzərə alıb iş yerində qarabaq yox, tədbirli əyləşmək lazımdır.
Səmimilik bizə nə verir, bizdən nə alır?
Az öncə qeyd etdiyimiz kimi, səmimilik bizə yüksək motivasiya – iş yerinə qaçırdan, iş yerindən gec çıxmağa rəvac verən ab-hava yarada bilər. Lakin təcrübə və müşahidələr göstərir ki, tərəflər bir-birinə qarşı həddini aşmaqda elə bir səviyyəyə gəlir ki, artıq bu soxmacalı zarafat halını alır, hətta şəxsiyyəti alçaldacaq tərzə gətirir, sonda isə ciddi mübahisələrə çevrilə bilir. Günün birində isə “basdırılmış mina”ya kiminsə basıb partlatması mümkündür. Məsələn, tərəflərdən biri zarafatda həddini aşsa da, özünə qarşı bunu görmək istəmir.
Səmimiyyətin insandan aldığı nəsnələrdən biri də nüfuzudur. Normalda işçi kimi işinə, rəhbər kimi rəhbərliyinə hörmət olunası insanlar qarşı tərəfə nəcib münasibət naminə xoş və səmimi davranır. Nəticədə isə necə deyərlər, həmin insanların ayağı yer alır, davamlı olaraq özünü o qədər itirir ki, sonda münasibəti maksimum kəsməyə qərar verirsən. Çünki bu elə bir haldır ki, izah etmək enerji və vaxt alır, o cümlədən hamının bir həqiqəti var, bu isə mübahisəyə və heç bir nəticənin hasil olmamasına gətirib çıxaracaq.
Təbii ki, səmimi münasibətlərdə tərəflər ritmi, tempi, sərhədləri qoruyursa, bu, böyük bir üstünlükdür. Çünki bu cür münasibət həm işdə, həm şəxsi həyatda pozitiv enerji verir.
“Çaşıb danışdırdım, payımı aldım”
Bəli, bəzi hallarda elə insanlar olur ki, qarşı tərəflə əlaqəni minimuma endirməklə yanlış etdiyini düşünür və xoş münasibət üçün “mənə neçə yaş verərsən?” deyərək çox sadə bir sual verir. Bu sualı zarafata çevirmək “məharət” tələb edir, lakin arasına sərhəd qoyduğu adam cavabı ilə bir daha sübut edir ki, “yox, bizimki birmənalı şəkildə tutmur, biz bir-birimizlə yalnız və yalnız subordinasiya qaydaları çərçivəsində ünsiyyət qura bilərik”.
Doğrudan da belədir, bir çox insanlar münasibətini bir-biri ilə məhz bu formada qurmalıdır. Başqa çarəsi yoxdur. Hətta o biri işdən bu biri işə bir yerdə transfer olduğun komanda yoldaşınla səmimiyyəti azca aşsan – təbii ki, bu, bilərəkdən olmaya bilər – həmin “mina”nı basdırmış olacaqsan.
Ən yaxşısı...
Təcrübə göstərir ki, ən tədbirli davranış subordinasiya qaydalarıdır. Yəni qarşılıqlı hörmət və sərhədləri qorumaq. Nə qədər qeyri-səmimi görünsə də, “bəy” və “xanım” müraciətləri, bununla yanaşı az ünsiyyət sağlam mühitin uzunmüddətli olmasına kömək edir. Çünki əvvəlcə deyilir, olar sizə “siz” deməyim, ardınca isə yavaş-yavaş kobud səslənsə də, “ayə”, “ay qız” səviyyəsi özünü göstərməyə başlayır.
Hər insanın tutumu, qavrama qabiliyyəti eyni deyil. Hər kəs sözü fərqli yerə yoza bilər, tərəflər çox ləyaqətli şəxslər olsa belə, həyat hekəyələrində hansısa hadisələr səbəbindən müxtəlif situasiyalara qeyri-adekvat reaksiya verə bilər. Nəticədə isə münasibətlərin korlanması labüddür.
Ümumilikdə səmimiyyət müsbət xüsusiyyət hesab olunur, lakin bu, xarakterli insanlarda təbii və zərərsiz şəkildə özünü göstərir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev sosial şəbəkə hesablarında Slovakiya səfərindən paylaşım edib - VİDEO
09.12.2025Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı
09.12.2025İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
09.12.2025Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
09.12.2025Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq
09.12.2025İşə hər gün vaxtından tez gedən qadın işdən qovuldu
09.12.2025"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb
09.12.2025Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09.12.2025Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
09.12.2025ABŞ bu il 85 min vizanı ləğv edib
09.12.2025Azərbaycan Almaniyaya ixracdan nə qədər qazanıb?
09.12.2025İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
09.12.2025Süni intellekt brauzerləri korporativ mühitlərdə istifadə üçün təhlükəli hesab olunur
09.12.2025İşçini hədə-qorxu ilə əlavə işə məcbur etmək qadağan edilir
09.12.2025Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı III rübdə kəskin artıb
09.12.2025Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı
09.12.2025