Nazirə məxsus olduğu deyilən şirkət nədə ittiham edilir?
“Qafqaznet” şirkəti inzibati məsuliyyətə cəlb edilib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham edilir.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Fevralın 10-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Qeyd edək ki, 483-cü maddəyə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Şirkət 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.
Xatırladaq ki, "Qafqaznet"in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur. “Qafqaznet” föqvqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti hesab edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay