Qazaxıstandan Siyəzənə uzanan rabitə xətti - Xəzər dənizinin dibi ilə tikintisinə başlanıldı
Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi planlarını açıqlayıb.
Bu barədə o, iqtisadiyyatın perspektivli sahələrində əsas layihələrin müzakirə olunduğu hökumətin geniş iclasında danışıb.
Onun sözlərinə görə, layihənin icrasına bu ildən başlanılacaq.
Xatırladaq ki, 2023-cü ildə telekommunikasiya operatorları “AzerTelecom” ilə “Qazaxtelecom” arasında Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan boyunca marşrutla Trans-Xəzər fiber-optik rabitə xəttinin (FOCL) tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında Saziş imzalanıb.
Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq. Qazaxıstanın Kurık şəhərindən Bakı yaxınlığındakı Buzovna kəndinə təxminən 330 kilometr uzunluğunda ehtiyat kanal da çəkiləcək.
©azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay