ANAMA-dakı yoxlamaların detalları: Nəticələr parlamentə göndəriləcək
Bir müddət əvvəl Hesablama Palatası Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yoxlama (nezaret tedbiri) aparıb.
Palata yoxlama barədə bir sıra detalları açıqlayıb.
Açıqlamada bildirilir ki, Palata tərəfindən nəzarət tədbiri 2024-cü ilin iş planına əsasən həyata keçirilib.
Qeyd olunur ki, "Hesablama Palatası haqqında" qanuna əsasən audit prosesi davam edir.
"Nəzarət tədbirinin nəticələri barədə məlumatın təqdim edilməsi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunun 37-ci maddesinə uyğun olaraq tənzimlənir və kənar dövlər maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair məlumatlar Azərbaycan Respublikası Milli Məclisinə göndərildikdən sonra, kollegiyanın müvafiq qərarına uyğun olaraq verilir", - qurumdan verilən açıqlamada deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il tarixli sərəncamı iləagentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Agentliyin əsas vəzifəsi ölkə ərazilərinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi məqsədi ilə minatəmizləmə fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinin həyata keçirilməsidir.
©modern.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay