BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7786
  • RUB
    1.7382
  • TRY
    0.0476
  • GBP
    2.1164
63853

Vətəndaşları aldadaraq dəyərindən ucuz qiymətə aviabilet təşkil etmək adı ilə külli miqdarda vəsait ələ keçirməkdə ittiham edilən Mələk Zeynalovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Mələk Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov onun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işi materiallarına görə, naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə DİN-ə məlumatlar daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib.

O, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp"da xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib.

Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova ucuz qiymətə bilet təşkil edərək inam yaradıb. Sonradan ona etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib.

İttihama görə, Mələk Zeynalova zərərçəkmişlərə ümumilikdə 500 min manat məbləğində maddi ziyan vurub. Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

©apa

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək - ƏƏSMN

Abramoviç Britaniyada yaxtalarını vergidən yayındırmaqda ittiham olunur

Abramoviç Britaniyada yaxtalarını vergidən yayındırmaqda ittiham olunur

Donald Tramp “Microsoft”un “TikTok” u almaqda maraqlı olmasından danışıb

“Hazar-İnşaat-Tikinti” gömrük qaydalarını pozub?

"ONE OPTICS" MMC cərimələnir

"OpenAI" rəhbəri çinli rəqiblərin uğurlarını şərh etdi

"DeepSeek" fırtınası: milyarderlərin əriyən sərvəti

"Boeing"in 11 milyardlıq zərəri - HESABAT

"Göknur Bakı Ltd" cərimələnir

"Almaniya iqtisadiyyatı dərin böhran içindədir" - "BDI"

Bu instituta yeni direktor təyin olundu (FOTO)

Yanvar ayı üzrə pensiya ödənişi yekunlaşıb

Dövlət agentliyi ilə 1 manat 40 qəpiklik şirkət arasında 169 minlik müqavilə

Dövlət agentliyi ilə 1 manat 40 qəpiklik şirkət arasında 169 minlik müqavilə

Sİ startapı "Turing" gəlirini üç dəfə artıraraq 300 milyon dollara çatdırıb

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi: Prezident çıxış etdi (YENİLƏNİB)

İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişiklik etdi

Prezident bu quruma sədr müavini təyin etdi

Nazirə məxsus olduğu deyilən şirkət nədə ittiham edilir?

Bu futbolçuya 1 milyard avro təklif olunur

“Suraxanı Maşınqayırma Zavodu” inzibati məsuliyyətə cəlb edilib

Əmək pensiyaları ilə bağlı yenilik

Əmək pensiyaları ilə bağlı yenilik

Dövlət Neft Fondu əməkhaqqı ödənişlərini 12%-ə yaxın artıracaq

Sığorta şirkətlərinin yığımlarının məbləği açıqlanıb -RENKİNQ 2024

Qazaxıstandan Siyəzənə uzanan rabitə xətti - Xəzər dənizinin dibi ilə tikintisinə başlanıldı

Ən çox sığorta ödənişi edən şirkətlər - RENKİNQ 2024

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Abdulbari Gözəli əvəzləyəcək şəxs məlum oldu

Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb

Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb

Prezident: Biz görəndə ki, Ermənistan yenə də özünü qeyri-səmimi aparır, İranla müvafiq razılaşma əldə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin