BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7786
  • RUB
    1.7382
  • TRY
    0.0476
  • GBP
    2.1164
63846

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) üçüncü milli Ro-Pax tipli bərə-gəmini gələn ilin birinci rübündə təhvil verməyi planlaşdırır.

Qurumun iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda yerləşdirdiyi sifarişə uyğun olaraq tikilən gəminin gövdə hissəsi üzrə işlərinin 88 %-i artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97, satınalma və təchizat üzrə işlərinin isə 82 %-i icra edilib.

Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, həmçinin yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki, ümumilikdə sözügedən gəminin inşasının 49 % geridə qalıb.

Yeni gəminin dizaynı 2021 və 2022-ci illərdə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eynidir.

Dedveyti dənizdə 5 740 ton olacaq unikal-bərənin sürəti 14 uzel, uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul edə biləcək.

Yeni gəmi-bərə də ASCO-nun digər bərələri ilə birgə Gəmiçiliyin yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərinin qarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərə əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.

Qeyd edək ki, Ro-Pax tipli gəmilərin inşası Azərbaycanda həyata keçirilənədək gəmi-bərələr xaricdə tikilərək ölkəyə gətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşa yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tam aradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilər Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək - ƏƏSMN

Abramoviç Britaniyada yaxtalarını vergidən yayındırmaqda ittiham olunur

Abramoviç Britaniyada yaxtalarını vergidən yayındırmaqda ittiham olunur

Donald Tramp “Microsoft”un “TikTok” u almaqda maraqlı olmasından danışıb

“Hazar-İnşaat-Tikinti” gömrük qaydalarını pozub?

"ONE OPTICS" MMC cərimələnir

"OpenAI" rəhbəri çinli rəqiblərin uğurlarını şərh etdi

"DeepSeek" fırtınası: milyarderlərin əriyən sərvəti

"Boeing"in 11 milyardlıq zərəri - HESABAT

"Göknur Bakı Ltd" cərimələnir

"Almaniya iqtisadiyyatı dərin böhran içindədir" - "BDI"

Bu instituta yeni direktor təyin olundu (FOTO)

Yanvar ayı üzrə pensiya ödənişi yekunlaşıb

Dövlət agentliyi ilə 1 manat 40 qəpiklik şirkət arasında 169 minlik müqavilə

Dövlət agentliyi ilə 1 manat 40 qəpiklik şirkət arasında 169 minlik müqavilə

Sİ startapı "Turing" gəlirini üç dəfə artıraraq 300 milyon dollara çatdırıb

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi: Prezident çıxış etdi (YENİLƏNİB)

İlham Əliyev Miqrasiya Məcəlləsinə dəyişiklik etdi

Prezident bu quruma sədr müavini təyin etdi

Nazirə məxsus olduğu deyilən şirkət nədə ittiham edilir?

Bu futbolçuya 1 milyard avro təklif olunur

“Suraxanı Maşınqayırma Zavodu” inzibati məsuliyyətə cəlb edilib

Əmək pensiyaları ilə bağlı yenilik

Əmək pensiyaları ilə bağlı yenilik

Dövlət Neft Fondu əməkhaqqı ödənişlərini 12%-ə yaxın artıracaq

Sığorta şirkətlərinin yığımlarının məbləği açıqlanıb -RENKİNQ 2024

Qazaxıstandan Siyəzənə uzanan rabitə xətti - Xəzər dənizinin dibi ilə tikintisinə başlanıldı

Ən çox sığorta ödənişi edən şirkətlər - RENKİNQ 2024

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Abdulbari Gözəli əvəzləyəcək şəxs məlum oldu

Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb

Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb

Prezident: Biz görəndə ki, Ermənistan yenə də özünü qeyri-səmimi aparır, İranla müvafiq razılaşma əldə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin