Naxçıvanda bu il veriləcək əkin subsidiyasının məbləğləri müəyyənləşdirildi
Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyalar ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq ödəniləcək.
Valyuta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyən edilib:
Əkin Subsidiyaları
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
Çəltik (əsas əkinlər) |
1,9 |
380 |
Çəltik (təkrar əkinlər) |
0,6 |
120 |
Qarğıdalı (müasir suvarma ilə) |
1,45 |
290 |
Qarğıdalı (suvarma olmadan) |
1,15 |
230 |
Qarğıdalı (təkrar əkinlər) |
0,6 |
120 |
Darı (müasir suvarma ilə) |
1,45 |
290 |
Darı (suvarma olmadan) |
1,15 |
230 |
Darı (təkrar əkinlər) |
0,6 |
120 |
Sorqo (müasir suvarma ilə) |
1,1 |
220 |
Sorqo (suvarma olmadan) |
0,8 |
160 |
Sorqo (təkrar əkinlər) |
0,6 |
120 |
Digər dənli və dənli paxlalılar (müasir suvarma ilə) |
2,0 |
400 |
Digər dənli və dənli paxlalılar (suvarma olmadan) |
0,7 |
140 |
Yer fındığı (müasir suvarma ilə) |
1,4 |
280 |
Yer fındığı (suvarma olmadan) |
1,1 |
220 |
Zəfəran |
2,2 |
440 |
Günəbaxan (müasir suvarma ilə) |
0,9 |
180 |
Günəbaxan (suvarma olmadan) |
0,6 |
120 |
Kartof (müasir suvarma ilə) |
1,8 |
360 |
Kartof (suvarma olmadan) |
1,5 |
300 |
Tərəvəz (müasir suvarma ilə) |
1,55 |
310 |
Tərəvəz (suvarma olmadan) |
1,25 |
250 |
Bostan bitkiləri (müasir suvarma ilə) |
1,4 |
280 |
Bostan bitkiləri (suvarma olmadan) |
1,1 |
220 |
Yonca (müasir suvarma ilə) |
0,8 |
160 |
Yonca (suvarma olmadan) |
0,5 |
100 |
Digər bitkilər (müasir suvarma ilə) |
0,95 |
190 |
Digər bitkilər (suvarma olmadan) |
0,65 |
130 |
Üzüm (yeni bağlar) |
73,5 |
14700 |
Üzüm (köhnə bağlar) |
3,5 |
700 |
İntensiv bağlar (alma) |
161 |
32200 |
Giləmeyvə (kivi) |
48,0 |
9600 |
Tarlaqoruyucu bitkilər |
5,0 |
1000 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda çəyirdəksiz süfrə üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə “V” və ya çardaq şəkilli dirək sistemi (şpaler) qurulmuş, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 14700 manat;
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv ərik bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 6300 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv armud bağlarının hər hektarına görə 25200 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv alma bağlarının hər hektarına görə 32200 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 7000 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 7350 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 5600 manat əkin subsidiyası veriləcəkdir.
- Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 5 hektar olan və 1 hektara minimum 1000 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 8050 manat;
- Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
- Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasında istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən Naxçıvan Muxtar Respublikasında verilən məhsul subsidiyası siyahısı genişlənir:
- 2025-ci ildə məhsul subsidiyası 5 bitki (tütün, şəkər çuğunduru, soya, qarğıdalı və günəbaxan) üzrə aşağıdakı əmsallara uyğun olaraq veriləcəkdir:
Məhsul Subsidiyaları
Bitki növləri |
Məhsul əmsalı |
Məhsul subsidiyası (manat/ton) |
Tütün (Virciniya sortu, yaş - müasir suvarma ilə) |
0,18 |
36 |
Tütün (Virciniya sortu, yaş - suvarma olmadan) |
0,17 |
34 |
Tütün (Quru - müasir suvarma ilə) |
1,1 |
220 |
Tütün (Quru - suvarma olmadan) |
1,0 |
200 |
Tütün (Yaş - müasir suvarma ilə) |
0,11 |
22 |
Tütün (Yaş - suvarma olmadan) |
0,1 |
20 |
Şəkər çuğunduru (müasir suvarma ilə) |
0,11 |
22 |
Şəkər çuğunduru (suvarma olmadan) |
0,095 |
19 |
Soya (müasir suvarma ilə) |
0,6 |
120 |
Soya (suvarma olmadan) |
0,5 |
100 |
Qarğıdalı |
0,25 |
50 |
Günəbaxan |
0,25 |
50 |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay