ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi
ABŞ-də “St. John's Properties” şirkətinin rəhbərliyi davranışı ilə rəğbət qazanıb.
Rəhbərlik, şirkət hədəflərinə çatdığı üçün işçilərə əlavə ödənişlər edib. Məlumata görə, rəhbərlik bütün fəhlələrin çəkdikləri zəhmətin müqabilində böyük mükafat alacağını açıqlayıb. “Böyük sürpriz” adı altında 198 işçiyə 10 milyon dollar paylanıb. Məlumata görə, rəhbərlik bunun üçün ziyafət təşkil edilib. Ziyafətin təşkilinin səbəbindən xəbərsiz olan hər bir işçiyə qırmızı zərflər paylanıb. Zərfləri açan əməkdaşlar gördükləri məbləğ qarşısında təəccüblərini gizlədə bilməyiblər. Şirkətin hər bir işçisi təxminən 50 min dollar mükafat alıb.
Şirkətin prezidenti və təsisçisi Edvard John, “Mükafat işçilərə şirkət məqsədlərinə çatmaqda göstərdiyi töhfələrə görə verilib. Məqsədimizə çatmağı qeyd etmək üçün biz işçilərimizi onların həyatına böyük təsir göstərəcək şəkildə mükafatlandırmaq istədik. Təşəkkür edirəm. Bütün əməkdaşlarımızın zəhməti və fədakarlığının əvəzini ödəmək üçün daha yaxşı bir yol düşünə bilməzdim” - deyə bildirib.
©metbuat.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay