BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
63750

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Bu barədə Palatadan bildirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak ediblər.

İclasda “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

Qeyd olunub ki, audit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti (auditin predmetinə aid olan) fəaliyyəti əhatə olunmaqla aparılmışdır.

Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərmişdir.

Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini auditin nəticələrinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.

Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən bəzi məsələlərə dair bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Sonda gündəlikdə dayanan digər məsələlərə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Mərkəzi Bankın sədr müavininə yeni vəzifə verildi

AÇG-də sərbəst qazın hasilatına bu ilin sonunda başlanıla bilər

Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkarlandı

Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarladı

Bu rayona prokuror təyin edildi

"Boeing"dən 3,5 milyard dollar itki - Hesabat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin