BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7708
  • RUB
    1.7061
  • TRY
    0.0477
  • GBP
    2.0984
63744

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs  Nəzakət Məmmədxanova və Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən digər şəxs Samirə Əliyevanın məhkəmə prosesinin növbəti  baxış iclası keçirilib.

İlk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verərək müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirə etməyi xahiş edir. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin. 

Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır. 

Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını  məhkəmənin mülahizəsinə buraxıb. 

Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.

Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib. 

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istədi. 

Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif etdi. 

Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmamasını elan etdi. 

Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrəndi. Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı  çıxış üçün məhkəmədən vaxt istədi. 

Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı 2024-cü  ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib.

©unikal.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Mərkəzi Bankın sədr müavininə yeni vəzifə verildi

AÇG-də sərbəst qazın hasilatına bu ilin sonunda başlanıla bilər

Bədən Tərbiyəsi və İdman Akademiyasında nöqsanlar aşkarlandı

Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarladı

Bu rayona prokuror təyin edildi

"Boeing"dən 3,5 milyard dollar itki - Hesabat

Xaricə elektrik enerjisi satışından gəlirlər 300 milyon dollardan çox azalıb - Rəsmi

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu®

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu®

“AVK” şirkəti inzibati məsuliyyətə cəlb edildi

Onlayn vergi ödənişi ilə bağlı xüsusi platforma yaradıldı

"İstintaq orqanı həbs qoyduğu əmlakları ucuz dəyərləndirib" - "Premium Bank"ın filial müdirinin məhkəməsi

Maliyyə üzündən “Bakı Metropoliteni”nin 7 tenderi ləğv edildi

Fiziki şəxslərin depozitlərində 28 faizlik artım, hüquqi şəxslərdə 73 faiz azalma - “Yelo Bank”da

Fiziki şəxslərin depozitlərində 28 faizlik artım, hüquqi şəxslərdə 73 faiz azalma - “Yelo Bank”da

Dünya İqtisadi Forumunun hesabatı: Azərbaycan üçün əsas risk süni intellektdir

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Minimum əmək haqqı artdı: sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? - RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin