BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7708
  • RUB
    1.7061
  • TRY
    0.0477
  • GBP
    2.0984
63705

Nəsimi Rayon Polis İdarəsinə bir qrup şəxs ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi təqdim edən Rufət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Valyuta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Həmin şəxs – 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü “Instagram” sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin, müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyənin turizm cənnəti Fəthiyə

Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət dəyişir

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər

"Binance" bu altkoinləri siyahıya alacaq

Bakıda bu klinika bağlanır - Rəsmi

Bakıda bu klinika bağlanır - Rəsmi

Sosial kirayə evlərlə bağlı dəyişiklik

“BP-Azərbaycan” "Şahdəniz"də yeni platformanın tikintisini planlaşdırır

Həbs qoyulan əmlakın satış və icarə qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək

Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib

“Unibank” depozit faizlərini azaltdı

ABB 7 ədəd avtomobil satışa çıxarır - Qiymətlər

Ötən il ət idxalına 130 milyon dollar xərclənib - 40 milyonluq artım

Ötən il ət idxalına 130 milyon dollar xərclənib - 40 milyonluq artım

Bələdiyyəyə nə qədər vergi ödəməliyik? - Qaydalar, məbləğlər

Ötən il banklar 300 milyon manatdan çox mənfəət vergisi ödəyib - RENKİNQ

Bakıda bəzi yollarda işıqforların işləməməsinin səbəbi açıqlanıb

“Ethereum”un qurucusundan "TRUMP" və "MELANIA" tokenlərinə tənqid

Azərbaycanda cərimələr svetoforlarla bağlı xərclərin ödənilməsinə yönəldiləcək

Muxtar Babayev direktoru işdən çıxardı

Dövlət Agentliyinin sədri: Bu il peşə təhsili müəssisələrinə qəbul son on ilin ən yüksək göstəricisidir

Azərbaycanda ən çox şikayət olunan operator və provayderlərin adları açıqlandı

Azərbaycanda ən çox şikayət olunan operator və provayderlərin adları açıqlandı

Əlillərə və şəhid ailələrinə ev veriləcək – 1,2 milyon ayrıldı

Özünü şirkət rəhbəri kimi təqdim edərək vətəndaşların pul vəsaitlərini ələ keçirən kiberdələduz saxlanıldı

Neftimizin qiyməti bu gün də ucuzlaşdı

Lirə, rubl ucuzlaşdı - Günün məzənnəsi

Kiçik büdcə ilə böyük təsir yaradan reklam strategiyası -SƏHƏR OXUSU

ABŞ-dakı ən yaxşı üç bank: Müştərilərin seçimi

Bu şirkətin dövlətə külli miqdarda vergi borcu var

Xakerlər “Nasdaq”ı hədəf aldı: Altcoin reklamı etdilər

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin