Xəbər
23.01.2025 / 17:33
Bank kartlarından 4000 manata yaxın pul oğurlandı - 5 nəfər saxlanıldı
63696
Abşeron rayonunda bank kartlarından oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Valyuta.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 4000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı M.Hümbətov, 34 yaşlı Ş.Xudiyeva, 20 yaşlı H.Əfəndiyev, 34 yaşlı H.Bayramova və 31 yaşlı Ə.Mahmudov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay