"Hidro Master" MMC-ə cərimə protokolu tərtib edilib
"Hidro Master" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində yenidən cərimə protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, "Hidro Master" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İşə 07 fevral tarixində Bakı Şəhəri Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay