Biləsuvarda yeni fabrik açılıb - 70-80 nəfər işçisi olacaq
Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb.
Valyuta.az Azərtaca-a istinadən xəbər verir ki, fabrik Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və dəstəyi ilə qurulub. Bu layihə bölgədə sahibkarlığın dəstəklənməsi və iqtisadi fəallığın artırılması istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biridir.
Layihə bölgənin ümumi iqtisadi inkişafına müsbət təsir edəcək, əhalinin məşğulluq səviyyəsini artıracaq.
Fabrikdə istehsalat sahələri ilə yanaşı, işçilərin rahatlığı və iş proseslərinin səmərəli təşkili üçün mətbəx, ofis və anbar kimi müxtəlif infrastruktur obyektləri də mövcuddur. Bu, işçilər üçün müasir, təhlükəsiz və əlverişli iş şəraiti yaratmağa imkan verir. İstehsal prosesləri yüksək keyfiyyət standartlarına cavab verən avadanlıqlarla təchiz olunub ki, bu da fabrikin məhsuldarlığını artıracaq və keyfiyyətli məhsullar istehsal etməyə imkan verəcək.
Burada ilk mərhələdə 15-25 nəfər işçi çalışacaq. Lakin yaxın gələcəkdə işçi heyətinin sayının 70-80 nəfərədək artırılması nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay