BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7664
  • RUB
    1.6896
  • TRY
    0.0478
  • GBP
    2.091
63647

Onlayn pərakəndə nəhəngi "Amazon" qarşıdakı iki ay ərzində Kanadanın Kvebek əyalətində yerləşən bütün yeddi anbarını bağlayacağını elan edib.

Valyuta.az-ın "Yahoo Finance"a istinadən verdiyi xəbərə görə, şirkət bu qərarın müştərilərə uzunmüddətli perspektivdə "daha çox qənaət" təklif etmək məqsədinə xidmət etdiyini bəyan edib. Lakin Kanadadakı bir həmkarlar ittifaqı bu addımı bölgədə həmkarlar təşkilatlanmasının qarşısını almaq üçün atıldığını iddia edir.

Bağlanma qərarı Monreal və ətrafında təxminən 1 700 daimi tam ştatlı işçinin işdən çıxarılmasına səbəb olacaq. Bundan əlavə, anbarlarda fəaliyyət göstərən 250 müvəqqəti işçi də işini itirəcək.

"Amazon" açıqlamasında bildirib ki, bağlanma sonrası çatdırılma xidməti yerli, üçüncü tərəf şirkətləri tərəfindən həyata keçiriləcək. Şirkət 2020-ci ildən əvvəl də Kvebekdə bu modeli tətbiq edirdi.

Şirkətin sözçüsü Barbara Agrait qərarın Kvebekdəki əməliyyatların "yaxın zamanda nəzərdən keçirilməsi" nəticəsində qəbul edildiyini vurğulayıb:
"Bu qərar asan qəbul edilməyib. Təsirlənən işçilərə 14 həftəyə qədər maaş ödənişi və iş tapmaqda kömək kimi keçid yardımları təklif edirik".

Bağlanacaq obyektlər arasında bir yerinə yetirmə mərkəzi, iki çeşidləmə mərkəzi, üç çatdırılma stansiyası və böyük əşyaların, məsələn, televizor və mebelin daşınmasını təmin edən AMXL adlı obyekt mövcuddur.

Kanada hökumətinin reaksiyası

Kanadanın innovasiya, elm və sənaye naziri Fransua-Filipp Şampan "X" sosial platformasında bildirib ki, "Amazon"un Kanada üzrə əməliyyat rəhbəri ilə əlaqə saxlayaraq narazılığını ifadə edib:
"Xəbərlərdə 1 700 işçinin işdən çıxarılacağını və Kvebekdə bütün yeddi anbarın bağlanacağını öyrənəndə məyusluq və narahatlığımızı çatdırdım. Kanadada biznes bu şəkildə aparılmır".

Həmkarlar ittifaqlarının mövqeyi

May ayında "Amazon"un Laval şəhərindəki (Monreal ətrafında) bir anbarında çalışan təxminən 240 işçi həmkarlar ittifaqına qoşularaq Kanadada bu statusu qazanan ilk "Amazon" anbarı olub. Şirkət işçilərin nümayəndəlik hüququna etiraz etsə də, oktyabr ayında əyalət əmək tribunalı bu etirazı rədd edib.

Həmin təşkilatlanma prosesində iştirak edən həmkarlar ittifaqının prezidenti Karolin Sennevil qərarı "bütün Kvebek işçilərinə qarşı təhqir" adlandıraraq anti-ittifaq kampaniyası kimi dəyərləndirib:
"Bu addım Əmək Məcəlləsinin müddəalarına ziddir və biz buna qarşı qətiyyətlə mövqe tutacağıq".

Ekspertlərin qiymətləndirməsi

Qərb Universitetinin hüquq üzrə professoru Maykl Link bu vəziyyəti "Kvebekdə əmək münasibətləri sahəsində təkrarlanan bir ssenari" kimi xarakterizə edib. O, 20 il əvvəl "Walmart"ın Kvebekdə həmkarlar ittifaqı yarandıqdan sonra mağazasını bağlamasını xatırladıb.

2005-ci ildə "Walmart", Jonkyer şəhərindəki mağazasını "rentabellik problemləri" səbəbilə bağladığını bəyan etmişdi. Lakin Kanada Ali Məhkəməsi 2014-cü ildə qərara aldı ki, bu bağlanma Kvebek əmək qanunlarını pozub.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

“ByteDance” süni intellekt modeli təqdim etdi - “OpenAI” ilə rəqabət aparacaq

“ByteDance” süni intellekt modeli təqdim etdi - “OpenAI” ilə rəqabət aparacaq

“Kamil İnşaat” 12 500 manat cərimələnə bilər

Böyük Britaniya “Apple” və “Google”un mobil ekosistemlərini araşdıracaq

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

“Aztrade” hansı qaydaları pozub?

DOST Agentliyinin milyonluq tenderi ləğv edildi

"Hidro Master" MMC-ə cərimə protokolu tərtib edilib

“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verildi

Dövlət qurumu “Xaçmaz-Şərab”ı məhkəməyə verdi

Bank kartlarından 4000 manata yaxın pul oğurlandı - 5 nəfər saxlanıldı

“Azər-Türk Bank” tələbləri pozub - Mərkəzi Bank sərəncam verdi

Hərbi formanı qanunsuz daşıyanların cərimələri artırılır

Fərqanə Qasımova və digər tanınmışları aldadıb pul alanlar tutuldu

Çağırışçılarla bağlı qanuna dəyişiklik edilir

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Ötən il ən çox biznes krediti verən banklar - RENKİNQ

Bu cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə qismində veriləcək

Bu gecə Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq

Korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağan olunur

Hikmət Mirzəyevə yeni müavin təyin olundu

Biləsuvarda yeni fabrik açılıb - 70-80 nəfər işçisi olacaq

İrandan gətirilən turşu lavaş, ərik qurusu, şirin çörək yararsız çıxdı

Doktorantura səviyyəsinin birə endirilməsi təklif edilib

"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?

Məcnun Məmmədov "Aqroservis"in sədr müavinini işdən çıxardı

Samir Şərifova yeni vəzifə verildi

Samir Şərifova yeni vəzifə verildi

Sahibkarlıq sahəsində yoxlamalar niyə bir il də dayandırıldı?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin