256 min manatdan artıq pulu mənimsəyən şirkət nümayəndəsinə cəza istənilib
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmədə sənədlər tədqiq edilib.
Zərərçəkən şəxslər vəsatət təqdim edərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib. Onlar iddia edib ki, təqsirləndirilən şəxs törətdiyi əməli tək özü etməyib və digər şəxslər də mühakimə olunmalıdır.
Məhkəmə deyilənlərlə bağlı başqa cinayət işi açıldığını və Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparıldığını əsas gətirərək vəsatəti rədd edib.
Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Orxan Babazadənin 9 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Orxan Babazadə və vəkili çıxış üçün vaxt istəyiblər.
Məhkəmə fevralın 5-dək təxirə salınıb.
Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.
Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
©Apa
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay