Nazirə məxsus olduğu deyilən 357 milyonluq şirkət niyə məhkəməyə verilib?
Azərbaycanda pambıqçılıq sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan "MKT İstehsala Kommersiya" MMC məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı Bəşirov Mehman Telman oğludur. Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur. Mehman Bəşirov "MKT İstehsalat Kommersiya" şirkəti ilə yanaşı, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətini (ASC) də məhkəməyə verib. Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Fevralın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Zeynəb Axundova sədrlik edəcək. İşin mahiyyəti də bəlli deyil.
Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" MMC 25 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 357 263 923,51 manatdır. MMC-nin qanuni təmsilçisi Mahmudov Rövşən Süleyman oğludur. Mediada gedən məlumatlara görə isə şirkətin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Nazirin biznesi haqqında dərc edilən araşdırma materiallarında da rast gəlinir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay