BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63615

Azərbaycanda "aerodrom istismarçısı" anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq.

Bu, "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, sözügedən anlayışa dövlət orqanı da əlavə edilir. Bununla da aerodrom istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası yaradılıb.

Bundan başqa, qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.

Belə ki, Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyasına Əlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərinin araşdırılması məqsədilə mülki aviasiya qurumundan və onun fəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurum yaratmalıdırlar. Müvafiq qurum Əlavə 13-ün tələblərinə uyğun olaraq tam müstəqil formada təsis edilməlidir.

Buna uyğun olaraq aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif olunur.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellektdə qlobal güc birliyi

“Azmaş CP” gömrük qaydalarını pozub?

Nəzrinin ölümünə görə saxlanılan həkimlə bağlı qərar verildi

İndoneziya və "Apple" şirkəti "iPhone 16" ilə bağlı razılığa gələ bilər

Universitetlərin reytinqi açıqlandı - Siyahıda 2 ali məktəbimiz var

“Sfera-96” MMC cərimə oluna bilər

Çeklərdə QR-kodun oxunmamasının səbəbi

Sabah parlamentin 4 komitəsi iclas keçirəcək

256 min manatdan artıq pulu mənimsəyən şirkət nümayəndəsinə cəza istənilib

“Müdirlə "dost" olanların 67%-i sonra problem yaşayır” - Karyera dünyasından 12 yanaşmaya şərh

“Müdirlə "dost" olanların 67%-i sonra problem yaşayır” - Karyera dünyasından 12 yanaşmaya şərh

Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb

Bu marşrut xətləri də “Bakubus”a verildi

Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır

Azərbaycanda hotelin dövlətə vergi borcu var

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat ödəməlidir

Azərbaycan Parisdə qazandığı 5 medalı geri qaytarır - RƏSMİ

Nisyə mal alıb-satmağın şərtləri dəyişir

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin